Netanyahu ABŞ-a gedir: Tramp ilə görüş ehtimalı var

16:55 15 İyul 2026

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsi Qrehemin anım mərasimində iştirak etmək üçün şənbə gecəsi ABŞ-a yola düşəcək.

Sitat.info xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, Netanyahu çərşənbə axşamınadək ABŞ-da qalacaq və səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşə bilər. Lakin bu görüş hələlik rəsmi olaraq təsdiqlənməyib.

 Qəzet yazır ki, Netanyahu administrasiyası planlaşdırılan ABŞ səfərinə görə Avstriya kansleri Kristian Ştokerdən gələn həftəyə nəzərdə tutulan İsrail səfərini təxirə salmağı xahiş edib.

Qeyd edək ki, ABŞ senatoru və Donald Trampın yaxın müttəfiqi Lindsi Qrehem şənbə günü axşam saatlarında qısa sürən qəfil xəstəlikdən sonra vəfat edib. Netanyahu administrasiyasının ABŞ səfərinin təfərrüatlarını gün ərzində açıqlayacağı gözlənilir.

Nigar,

Sitat.info



Xəbər xətti