İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya yola düşüb.
Sitat.info xəbər verir ki, Nazirin "Telegram" kanalında yayılan məlumata görə, səfər çərçivəsində Əraqçi Qətər rəsmiləri ilə görüşərək İran rəhbərliyi adından başsağlığını çatdıracaq.
Qeyd edək ki, Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. Ölkədə onun ölümü ilə əlaqədar dörd günlük matəm elan olunub.
Xatırladaq ki, İran və ABŞ arasında son gərginlik fonunda Tehran Qətərdə yerləşən ABŞ hərbi obyektlərini hədəf aldığını açıqlamışdı. Buna baxmayaraq, Qətər Vaşinqton və Tehran arasında vasitəçilik edən əsas ölkələrdən biri kimi diplomatik fəaliyyətini davam etdirir.
Seymur,
Sitat.info