İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Hörmüz boğazı İrana məxsusdur və heç bir dünya dövləti onu İranın suverenliyindən çıxara bilməz.
Sitat.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Vilayəti ABŞ-ın diqqət mərkəzində olan Hörmüz boğazının İrana aid olduğunu vurğulayıb.
Vilayəti açıqlamasında deyib: "Hörmüz boğazı İrana məxsusdur və dünyada heç bir güc onu İranın suverenliyindən ala bilməz. Bu boğaz 40 günlük müharibənin dəyərli nailiyyəti kimi, Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin cəsarətli və müdrik göstərişi ilə İranın suverenliyinə keçib".
Aytac,
Sitat.info