Tramp silah istehsalına 10 milyard dollarlıq investisiya edəcək

11:15 16 İyul 2026

ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatında silah istehsalına təxminən 10 milyard dollar həcmində yeni investisiya ayrıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, məlumata görə, bu addım İranla müharibənin ABŞ-ın "Tomahawk" qanadlı raketləri, eləcə də "Patriot" və THAAD hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarını azaltması fonunda atılıb.

Tramp bildirib ki, Pensilvaniya işçiləri gəmilər, sualtı qayıqlar, yük avtomobilləri istehsal edəcək, silah sənayesini inkişaf etdirəcək və ABŞ-ın dünyanın ən güclü dövləti olaraq qalmasına töhfə verəcəklər.

Səid,

Sitat.info



Xəbər xətti