İrandan ABŞ-a sərt xəbərdarlıq: Müharibə yeni cəbhələrə yayıla bilər

11:50 16 İyul 2026

İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya ABŞ-a sərt xəbərdarlıq edərək bildirib ki, Vaşinqtonun hücumları davam edərsə, müharibə "yeni cəbhələrə" yayılacaq.

Sitat.info xəbər verir ki, o, "Telegram" hesabında paylaşdığı açıqlamada bu haqda qeyd edib.

"ABŞ-ın təcavüzü davam edərsə, qarşıdurma yeni bölgələrə keçəcək"-  deyə Əkrəminiya bildirib. 

Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin hərbi imkanlarının əhəmiyyətli hissəsi hələ nümayiş etdirilməyib. O vurğulayıb ki, ölkəyə qarşı istənilən düşmən addımı davam edərsə, İranın cavabı mövcud şəraitə uyğun olacaq və qarşı tərəfin gözləntilərini aşaraq yeni qarşıdurma meydanlarının açılmasına səbəb olacaq.

Aytac,

Sitat.info



Xəbər xətti