Xankəndidə güclü yanğın başladı

21:42 16 İyul 2026

Xankəndi şəhərində güclü yanğın baş verib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yanğının başvermə səbəbləri araşdırılır.



Xəbər xətti