ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici tələbələr üçün viza qaydalarını sərtləşdirməyə hazırlaşır.
Sitat.info xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, yeni qaydalar F-1 və J-1 vizaları ilə təhsil alan tələbələrə daha ciddi nəzarəti nəzərdə tutur. Xarici tələbələrin ABŞ-də dörd ildən artıq qalması üçün əlavə icazə tələb oluna, universitetlər arasında keçid imkanları isə məhdudlaşdırıla bilər.
BBC yazır ki, dəyişikliklər xüsusilə magistratura və doktorantura tələbələrinə təsir göstərəcək. Bundan əlavə, məzun olduqdan sonra ölkəni tərk etmək və ya başqa viza növünə keçmək üçün verilən güzəşt müddəti 60 gündən 30 günə endiriləcək.
Rəsmilər bildirirlər ki, məqsəd tələbə vizalarından sui-istifadənin qarşısını almaq və immiqrasiya nəzarətini gücləndirməkdir.
Aytac