Türkiyədə “YouTube” platforması üzərindən yayımlanan “Babala TV”nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.
Sitat.info yerli mətbuata istinadən xəbər verir ki, o, “Ahbap” Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində tutulub. Onunla birlikdə ümumilikdə 8 nəfərin saxlanıldığı qeyd edilib.
Xatırladaq ki, O.Uğur 2023-cü ilin fevralında Kahramanmaraşdakı zəlzələdə zərərçəkənlərə yardım məqsədilə kampaniyalar təşkil edirdi. Bu fəaliyyətlə bağlı iyulun 12-də “Ahbap” Dərnəyinin sədri, müğənni Haluk Levent də saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.