ABŞ-ın iyul hücumlarında ölənlərin sayı 38-ə yüksəlib - İran Səhiyyə Nazirliyi

11:32 17 İyul 2026

İran Səhiyyə Nazirliyi ABŞ-ın iyul ayında ölkəyə endirdiyi hücumlar nəticəsində həlak olanların sayının 38-ə çatdığını, yaralıların sayının isə 400-ü keçdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, nazirliyin sözçüsü Hüseyn Kirmanpur bu haqda son məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın iyul ayında həyata keçirdiyi hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 400-dən çox insan yaralanıb, 38 nəfər isə həyatını itirib.

Kirmanpur daha əvvəl verdiyi açıqlamada hücumlar zamanı 35 nəfərin öldüyünü, azı 300 nəfərin isə yaralandığını bildirmişdi.

Nigar,

Sitat.info

 



Xəbər xətti