Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayının 4 930 nəfərə yüksəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, onun sözlərinə görə, 16 740 nəfər yaralanıb, 17 907 nəfər evsiz qalıb.
Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 33 mindən çox insana tibbi yardım göstərilib. Zərərçəkən 128 mindən çox ailəyə dəstək verilib, 21 210 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Xatırladaq ki, iyunun 24-də Venesuelanın Yarakuy ştatında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Fəlakətdən sonra 1 30-dən çox afterşok qeydə alınıb.
Seymur,
Sitat.info