ABŞ Prezidenti Donald Tramp yenə Kanadanı hədələyib.
Sitat.info xəbər verir ki, bu barədə o, "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp Kanadada baş verən meşə yanğınlarının qəsdən yol verilmiş səhlənkarlığın nəticəsi olduğunu iddia edib.
Buna görə də ölkəyə qarşı gömrük rüsumlarının artırıla biləcəyini bildirib.
"Kanada meşələrə və kolluq ərazilərə lazımi qaydada qulluq etmir. Bunun nəticəsində ABŞ ərazisinə "çirkli, çirklənmiş və sağlamlıq üçün zərərli hava" daxil olur, havanın keyfiyyəti isə təhlükəli və qəbuledilməz səviyyəyə çatır" - deyə, o bildirib
ABŞ Prezidenti Kanadanın Baş naziri Mark Karni ilə telefon danışığı apararaq bu problemlə bağlı hansı addımların atılacağını müzakirə edəcəyini də qeyd edib: "Kanada əsas meşə idarəçiliyi və meşə tullantılarının təmizlənməsi işlərini görməkdən imtina edib və bunun məhz belə nəticələrə gətirib çıxaracağını bilirdi. Bu, hər il təkrarlanan qəsdən səhlənkarlıqdır və ABŞ-a milyardlarla dollara başa gəlir. Bu çirklənmənin dəyəri Kanadanın hazırda ödədiyi gömrük rüsumlarına mütləq əlavə edilməlidir".