Avropa Rusiyaya görə "parçalanır"...

07:20 20 İyul 2026

AB daxilində Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqinə qarşı daxili müqavimət artır. Daha çox üzv dövlət özü üçün sanksiyalardan istisnalar tələb edir, çünki irimiqyaslı Avropa biznesi ruslarla əməkdaşlıqdan gələn qazanclarını qoruyub saxlamağa çalışır.

Sitat.info xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.

"Öz ölkələrinin şirkətlərinə zərər verə biləcək qərarlarla razılaşmağa hazır olan hökumətlərin sayı getdikcə azalır.

Danışıqlar masasında mənəvi zərurət getdikcə daha az əhəmiyyət kəsb edir.

Avropa hökumətləri sərt ritorikanı davam etdirsələr və həmrəylikdən danışsalar da, praktikada bu bəyanatlar çox vaxt konkret qərarlarla dəstəklənmir. İstisnalarla bağlı müraciətlərin miqyası misligörülməmiş həddə çatıb. Bu, sanksiyalara dair bütün yanaşma üçün ciddi bir böhrandır. Əgər hər kəs istisna və boşluqlar tələb edərsə, prosesin sonunda hər bir sanksiya paketi boş bir qutudan başqa bir şeyə çevrilməyəcək",- mənbə bildirib./Axar.az



Xəbər xətti