Venesuelada zəlzələ qurbanlarının sayı 5 208 nəfərə çatdı

09:42 20 İyul 2026

Venesuelada iyunun 24-də baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı daha 89 nəfər artaraq 5 208-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Milli Assambleyanın sədri Xorxe Rodriqes bildirib ki, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 24 min  nəfər isə 107 müvəqqəti sığınacaqda yerləşdirilib.

Onun sözlərinə görə, indiyədək 128 324 ailəyə humanitar yardım çatdırılıb. Yerli mətbuatın məlumatına əsasən, iyunun 24-dən bəri bölgədə 1 388 afterşok qeydə alınıb.

Hökumət eyni zamanda ən çox zərər görən La Quayra sahillərində ekoloji bərpa işlərini davam etdirir, zəlzələlər nəticəsində isə ümumilikdə 2,1 milyon tondan çox dağıntının yarandığı bildirilir.

NIgar,

Sitat.info



Xəbər xətti