Putin İranın yeni ali lideri ilə əlaqələrə açıqdır - Kreml

Putin İranın yeni ali lideri ilə əlaqələrə açıqdır - Kreml
Dünya 20 İyul 2026 11:04

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə İranın yeni ali lideri Müctəba Xamenei arasında telefon danışığı ilə bağlı konkret razılaşma yoxdur.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, hazırda belə bir danışıq planlaşdırılmasa da, Putin İranın yeni rəhbəri ilə təmaslara açıqdır.

Bundan əvvəl iranlı mənbə TASS-a açıqlamasında Müctəba Xameneinin ilk beynəlxalq təmasının Putinlə telefon danışığı və ya görüş ola biləcəyini bildirmişdi.  Lakin bu iddia müstəqil şəkildə təsdiqlənməyib və rəsmi mənbələr tərəfindən doğrulanmayıb.