İranla müharibədə ölən və yaralanan ABŞ əsgərlərinin sayı AÇIQLANDI

11:21 20 İyul 2026

İranla münaqişədə həlak olan ABŞ əsgərlərinin ümumi sayı 17-yə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl bildirib ki, İraqın şimalında bir ABŞ hərbçisi iyulun 18-də vurulan İranın PUA-sında partlamamış sursatın partladılması zamanı  həlak olub. 

17 iyulda İranın hücumundan sonra İordaniyada iki ABŞ hərbçisi həlak olub, daha bir hərbçi isə itkin düşüb. Bununla belə, ölənlərin sayı 18-ə çata bilər.

Bu arada, İrana qarşı hərbi əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 400-ü keçib.

Səid,

Sitat.info

 



Xəbər xətti