Cənnət cəhənnəmə döndü - Norveçdə dəhşətli yanğınlar başladı

11:42 20 İyul 2026

Norveçin cənubundakı Drammen şəhərində baş verən güclü yanğın nəticəsində təxminən 100 ev külə dönüb, 400-dən çox sakin təxliyə edilib. Güclü külək və quraqlıq səbəbindən sürətlə yayılan alov yaşayış məntəqələri və meşəlik əraziləri əhatə edib.

Rəsmilər yaşayış məntəqələrində yanğını əsasən nəzarətə götürüldüyünü, meşəlik ərazilərdə isə söndürmə işlərinin davam etdiyini bildiriblər. Hadisədə ölən olmayıb, bir yanğınsöndürən yüngül xəsarət alıb.

Yerli media bunu Norveçdə son yüz ildən artıq müddətdə baş verən ən böyük yanğın adlandırıb.

Nigar,

Sitat.info



Xəbər xətti