Bu ölkədən vətəndaşlarına TƏCİLİ ÇAĞIRIŞ: "Yaxın Şərqi dərhal tərk edin"

14:40 20 İyul 2026

Cənubi Koreya hökuməti Yaxın Şərqdə artan təhlükəsizlik riskləri fonunda öz vətəndaşlarına bölgəni tərk etmələri ilə bağlı çağırış edib.

Sitat.info xəbər verir ki, Seulun Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirinin ikinci müavini Kim Cina qısamüddətli ziyarətçilərə dərhal Yaxın Şərqi tərk etməyi tövsiyə edib. 

Kim Cina həmçinin Yəməndəki husilər və Səudiyyə Ərəbistanı ətrafında artan gərginlik fonunda Qırmızı dənizdə fəaliyyət göstərən Cənubi Koreya gəmilərinin təhlükəsizliyinin təmin olunması üçün daha yüksək sayıqlığa çağırıb.

Nigar,

Sitat.info



Xəbər xətti