Əfqanıstanın şərqində leysan yağışlarının səbəb olduğu qəfil sel nəticəsində azı 20 nəfər həyatını itirib, 100-dən çox şəxs isə itkin düşüb.
Sitat.info xəbər verir ki, ən ağır vəziyyət Nuristan vilayətinin mərkəzi Parun şəhərində qeydə alınıb.
Məlumata görə, şəhər meri də itkin düşənlər arasındadır, 80-dən çox sakin isə xəsarət alıb.
Sel nəticəsində evlərə, mağazalara və inzibati binalara ciddi ziyan dəyib. Səlahiyyətli qurumlar ölkənin 10 vilayətində çərşənbə gününədək güclü yağış və yeni sel təhlükəsinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Mütəxəssislər bildirirlər ki, Nuristan və digər bölgələrdə meşələrin qırılması torpağın suyu udma qabiliyyətini azaldıb və bu da selin dağıdıcı təsirini daha da gücləndirib.
Nigar,
Sitat.info