Britaniyanın yeni baş naziri kabinetin yeni tərkibini AÇIQLADI

13:37 21 İyul 2026

Böyük Britaniyanın yeni baş naziri Endi Börnham hökumətin yeni tərkibini açıqlayıb.

Sitat.info xəbər verir ki, yeni kabinetdə Ed Miliband xarici işlər naziri, Ues Stritinq müdafiə naziri, Con Hili maliyyə naziri (Xəzinədar), Şabana Mahmud isə daxili işlər naziri vəzifəsinə təyin olunub.

Bundan başqa, İvett Kuper səhiyyə naziri, Conatan Reynolds biznes, innovasiya, elm və ticarət naziri, Lüsi Pauell təhsil naziri, Heydi Aleksander isə nəqliyyat naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Əmək Partiyasının yeni lideri Endi Börnham bazar ertəsi Kral III Çarlzdan hökuməti formalaşdırmaq mandatını alaraq rəsmi şəkildə baş nazir vəzifəsinin icrasına başlayıb. O, Kral III Çarlzın taxta çıxmasından sonra təyin edilən üçüncü baş nazirdir. Keçmiş baş nazir Kir Starmer isə istefasını təqdim edib.

Nigar,

Sitat.info 



Xəbər xətti