Fransa parlamenti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Sitat.info xəbər verir ki, bununla da Fransa sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.
Prezident Emmanuel Makronun dəstəklədiyi qanuna əsasən, 1 sentyabrdan etibarən 15 yaşdan aşağı şəxslər sosial media hesabı aça bilməyəcək. Platformalar yaşın təsdiqi sistemini tətbiq etməli, hazırda mövcud olan 15 yaşdan aşağı istifadəçilərin hesablarını isə 4 ay ərzində bağlamalıdır.
Makron bildirib ki, bu qərar uşaqları onlayn mühitdə daha yaxşı qorumaq məqsədi daşıyır.
Səid,
Sitat.info