İran parlamentinin deputatı Həsən Qaşqavi ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla yenidən danışıqlara başlamaq istədiyi barədə açıqlamasını təkzib edib.
Sitat.info xəbər verir ki, Qaşqavi "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Trampın bu iddiasının həqiqəti əks etdirmədiyini bildirib.
"Trampın İranın danışıqlar üçün müraciət etdiyi barədə iddiası qətiyyən reallığa uyğun deyil. Onun təkrar-təkrar səsləndirdiyi yalanlar artıq bazarları, hətta müvəqqəti də olsa, sakitləşdirə bilmir", – deyə iranlı deputat vurğulayıb.
O, həmçinin ABŞ prezidentinə müraciət edərək, "düşdüyü bataqlıqdan çıxmaq üçün daha təsirli yollar axtarmasını" tövsiyə edib.
Xatırladaq ki, Donald Tramp iyulun 21-də İranın ABŞ ilə yeni görüş keçirmək istədiyini bildirmiş, lakin Vaşinqtonun isə bu prosesi bərpa etməkdə maraqlı olmadığını açıqlamışdı.
Nigar,
Sitat.info