Rusiya Ukrayna ordusuna silah və hərbi sursat daşıyan gəmilərə qarşı zərbələri davam etdirəcəyini bəyan edib.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Odessa limanında bir gəmiyə endirilən raket zərbəsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Rusiya Silahlı Qüvvələri Kiyev rejiminə silah, sursat və digər hərbi yüklər daşıyan gəmiləri hədəf almaqda davam edəcək.
Peskov qeyd edib ki, hadisə nəticəsində dörd Hindistan vətəndaşının həlak olması ilə bağlı Moskva Hindistan tərəfi ilə əlaqə saxlayaraq öz mövqeyini izah edir.
"Biz hindistanlı tərəfdaşlarımızla əlaqə saxlayır və mövqeyimizi izah edirik. Ən əsası isə Silahlı Qüvvələrimiz Kiyev rejiminə sursat, silah və digər hərbi yüklər çatdırılmasında iştirak edən gəmilərə zərbələr endirib və bunu davam etdirəcək", – deyə Kremlin sözçüsü bildirib.
Səid,
Sitat.info