Konqo Demokratik Respublikasının beş əyalətində Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı 2 536-ya çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Konqonun Rabitə və Mətbuat Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, 738 xəstə təcrid olunub və ya stasionar şəraitdə müalicə alır, 506 nəfər sağalıb, 1 033 nəfər isə ölüb.