Mediada yayılan məlumatlara görə, BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmilərin təhlükəsizliyinin təmin edilməsinə dair qətnamə layihəsi üzrə cümə gününə planlaşdırılan səsvermə şənbə gününə keçirilib.
Sitat.info xəbər verir ki, Şura 15 üzvü Bəhreyn tərəfindən təqdim edilən və dünya nefti ilə təbii qaz tədarükünün təxminən 20 faizinin keçdiyi strateji su yolunda kommersiya gəmilərinin təhlükəsizliyinin qorunmasını nəzərdə tutan qətnamə layihəsini səsə qoyacaq.
Associated Press və Reuters agentliklərinin məlumatına görə, qətnamə layihəsində ölkələrə kommersiya gəmilərinin müdafiəsi üçün "zəruri olan bütün müdafiə vasitələrindən istifadə etmək" səlahiyyəti verən müddəa da yer alıb.
Bununla belə, qətnamənin qəbul olunacağı ehtimalı aşağı qiymətləndirilir. Belə ki, Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvü olan Çin gücdən istifadəyə istinad edən istənilən qətnaməyə qarşı olduğunu açıq şəkildə bəyan edib.
Nigar,
Sitat.info