Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ! Kiyevə silah tədarükünün dayandırılmasını tələb etdi

12:09 23 İyul 2026

Filippinin paytaxtı Manila ABŞ və Rusiya arasında yeni diplomatik təmasın mərkəzinə çevrilib. Rusiya xarici işlər naziri Sergey Lavrov burada ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Moskva Vaşinqtonu Ukraynaya silah tədarükünü davam etdirməməyə çağırıb.

Sitat.info xəbər verir ki, Lavrov və Rubio Filippinin paytaxtında ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) çərçivəsində keçirilən tədbirlər zamanı bir araya gəliblər.

Nazirliyin açıqlamasına əsasən, Lavrov görüşdə "Kiyev rejiminə silah tədarükünün davam etdirilməsinin qəbuledilməz olduğunu" vurğulayıb.

Rusiya XİN rəhbəri Avropa ölkələrini də tənqid edərək, onların Rusiyanı "strateji məğlubiyyətə uğratmaq" məqsədi daşıyan və sabitliyi pozan siyasət yürütməsini pisləyib.

Bununla yanaşı, Lavrov Moskvanın münaqişənin siyasi və diplomatik yollarla həllinə hazır olduğunu bir daha bəyan edib. 

Maniladakı görüş Lavrov və Rubionun 2025-ci ilin sentyabrından bəri ilk üzbəüz görüşü olub.

Aytac,

Sitat.info



Xəbər xətti