21 yaşlı gənc suvarma hovuzunda boğuldu

14:32 23 İyul 2026

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən meyvə bağında qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu çimmək üçün daxil olduğu suvarma hovuzunda boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti