ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Səudiyyə Ərəbistanı nüvə proqramını yalnız dinc məqsədlərlə inkişaf etdirmək niyyətindədir.
Sitat.info xəbər verir ki, Rubio bu barədə Filippinin paytaxtı Manilada ASEAN ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçirilən mətbuat konfransında danışıb.
"Səudiyyə Ərəbistanı dinc mülki nüvə proqramına sahib olmaq istəyir", – deyə ABŞ dövlət katibi bildirib.
Rubionun sözlərinə görə, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlıq nüvə silahının hazırlanmasının qarşısını alacaq zəruri təhlükəsizlik mexanizmlərini və təminatları nəzərdə tutur.
Səid,
Sitat.info