İran ABŞ-ın yeni atəşkəs təklifini rədd etdi

10:28 24 İyul 2026

İran ABŞ-ın yeni atəşkəs təklifini qəbul etməyib.

Sitat.info xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın təklifi İraqın Baş naziri Əli əl-Zaidi vasitəsilə Tehrana çatdırılıb. İran rəsmiləri bildiriblər ki, müvəqqəti razılaşmada maraqlı deyillər. Onların fikrincə, belə bir razılaşma Hörmüz boğazı ilə bağlı problemi həll etmir.

Qəzet atəşkəs təklifinin konkret şərtləri barədə məlumat verməyib.

Qeyd edək ki, İraqın baş naziri ötən həftə ABŞ-da Prezident Donald Trampla görüşüb. O, iyulun 24-də isə İran Prezidenti Məsud Pezeşkianın dəvəti ilə Tehrana səfər edib.

Səid,

Sitat.info



Xəbər xətti