İran Silahlı Qüvvələri Bəhreyn və İordaniyada yerləşən ABŞ hərbi bazalarına PUA zərbələri endirdiyini bildirib.
Sitat.info xəbər verir ki, bu barədə İran ordusunun açıqlamasına istinadən TASS məlumat yayıb.
Açıqlamada bildirilir ki, Bəhreyndəki İsa Hərbi Hava Bazasında yanacaq çənləri, anbarlar, hərbi texnikanın saxlanıldığı iri angarlar və ABŞ hərbçilərinin yerləşdiyi ərazilər hədəfə alınıb.
İran tərəfi həmçinin İordaniyadakı Muvaffaq Salti Hərbi Hava Bazasında təyyarələrin təmir və texniki xidmət angarlarına, eləcə də ABŞ hərbçilərinin yerləşdiyi mövqelərə PUA zərbələri endirildiyini iddia edib.
Qeyd edək ki, bu məlumat yalnız İran ordusunun açıqlamasına əsaslanır. ABŞ və ya Bəhreyn və İordaniya rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.
Nigar,
Sitat.info