Rusiya istənilən halda məqsədlərinə nail olacaq - Lavrov

14:10 24 İyul 2026

 Moskva münaqişənin siyasi və diplomatik yolla həllinə üstünlük verir.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, əgər ABŞ ötən il Alyaskada əldə olunan razılaşmalardan imtina edibsə, Rusiya bunun qarşısını ala bilməz.

Lavrov qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun "Ankoric razılaşmaları artıq yoxdur, Amerika yenidən bizimlədir" dediyini, Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqanın isə "Ankoric razılaşmalarını dəfn etdik" ifadəsini işlətdiyini xatırladıb.

"Əgər bunlar amerikalıların da mövqeyidirsə, bizim edə biləcəyimiz heç nə yoxdur. Biz dəfələrlə bildirmişik ki, siyasi və diplomatik həllə üstünlük veririk. Lakin istənilən şəraitdə məqsədlərimizə nail olacağıq", – deyə Lavrov vurğulayıb.

Xatırladaq ki, Ankoric (Anchorage) razılaşması ötən il Alyaskanın Ankoric şəhərində ABŞ və Rusiya prezidentləri arasında keçirilən sammitdə əldə olunmuş, Ukrayna münaqişəsinin nizamlanmasına dair əsas prinsipləri əhatə edən razılaşma kimi təqdim olunmuşdu.

Seymur,

Sitat.info 



Xəbər xətti