Bu gün səhər saatlarında Səudiyyə Ərəbistanı ordusunun Yəməndə husilərə məxsus mövqelərə hava zərbələri endirdiyi bildirilir.
Sitat.info xəbər verir ki, yayılan məlumata görə, hücumlar husilərin nəzarətində olan hərbi mərkəzləri hədəf alıb.
Sosial mediada zərbələrin həyata keçirildiyini əks etdirdiyi iddia olunan görüntülər də paylaşılıb.
Hücumların miqyası, hədəflərin dəqiq yeri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Nigar,
Sitat.info