Tramp yenidən prezidentliyə namizəd olacağını açıqladı

09:46 25 İyul 2026

ABŞ Prezidenti Donald Tramp gələcək prezident seçkilərində yenidən namizəd olacağını bəyan edib.

Sitat.info xəbər verir ki, Vaşinqtonda Ağ Evin Müxbirlər Assosiasiyasının (WHCA) tədbirində çıxış edən Tramp, "Prezidentliyə bir daha namizəd olacağam. Mən artıq üç dəfə qalib gəlmişəm və bunu yenidən edəcəyəm" deyib. O, çıxışı zamanı üzərində "TRUMP 2028" yazılmış qırmızı papaq taxıb və seçkilərdə qalib gələcəyinə inandığını bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl bu məsələ ilə bağlı fərqli açıqlamalar vermişdi. ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, bir şəxs iki dəfədən çox prezident seçilə bilməz. Bu qaydanın dəyişdirilməsi isə yalnız Konqresin və ya ştatların geniş dəstəyi ilə mümkündür.

Nigar,

Sitat.info



Xəbər xətti