"İranın demək olar ki, PUA-ları da tükənib" - Tramp

09:59 25 İyul 2026

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edib.

Sitat.info xəbər verir ki, Ağ Evin Müxbirlər Assosiasiyasının (WHCA) tədbirində çıxış edən Tramp bildirib ki, İranın donanması və hərbi hava qüvvələri məhv edilib, yüzlərlə təyyarə və kater sıradan çıxarılıb.

Onun sözlərinə görə, İranın "demək olar ki, pilotsuz uçuş aparatları da qalmayıb".

Tramp əlavə edib ki, İran nümayəndələri hazırda ABŞ ilə danışıqlar aparır və razılaşma əldə etmək istəyirlər. Bununla belə, o, Tehranın hələ buna tam hazır olmadığını  deyib.

ABŞ prezidenti bir daha vurğulayıb ki, Vaşinqton İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcək və bunun həm ABŞ, həm İsrail, həm də Yaxın Şərqin təhlükəsizliyi üçün vacib olduğunu bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti