“Tərtər işi” kriminal hadisədən çox siyasi hadisədir. Ona görə bu hadisəyə siyasi qiymət verilməlidir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Milli Məclisdə müzakirə keçirilməlidir. Necə ki, 20 Yanvar, Xocalı hadisəsi müzakirə olunub, Tərtər hadisəsi də prezidentin iştirakı ilə Milli Məclisdə müzakirə olunmalıdır. Rəsmi hakimiyyət orqanları bu hadisənin siyasi qiymətini verməlidir. Bu hadisənin arxasıda duran xarici güclər müəyyən edilməlidir. Təbii ki, bu hadisəni törədənlər, göz yhumanlar, şərait yaradanlar bu gün hakimiyyətdə olub-olmamasından asılı olmayaraq ən ağır şəkildə cəzalandırılmalıdır. Bu Azərbaycanın dövlətçilik məsələsidir.
Əgər biz Tərtər hadisəsinə klassik dövlətçilik mövqeyindən yanaşmasaq gələcəkdə Azərbaycan dövlətçiliyindən danışmaq olmaz.