BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanese İsraili işğal olunmuş Qərb Şəriyədə mülki əhaliyə qarşı zorakılığı artırmaqda ittiham edib.
Sitat.info "Əl-Cəirə"yə istinadən xəbər verir ki, Albanese X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Qəzza intensiv hücumlar altında olduğu bir vaxtda Qərb Şəriyədə də müdafiəsiz mülki şəxslərə qarşı qırğınlar baş verir. Onun sözlərinə görə, İsrail hərbçiləri və mülki vətəndaşları bu zorakılıqlarda qüvvələrini birləşdirir.
BMT rəsmisi beynəlxalq ictimaiyyəti İsrailə qarşı təzyiqləri artırmağa çağıraraq, dərhal silah embarqosunun tətbiq edilməsini və ölkə ilə ticarət əlaqələrinin dayandırılmasını tələb edib.
Albanese vurğulayıb ki, bu addımlar beynəlxalq hüququn tələblərinə uyğun hesab olunur.
Həmin videonu təqdim edirik:
Aytac,
Sitat.info