İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində növbəti hərbi əməliyyatlar həyata keçirib.
Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, İsrail hərbçiləri Ramallah şəhərinin qərbində yerləşən Nilin qəsəbəsində söküntü işləri aparıb.
Bununla yanaşı, Nablusun cənubundakı Beyta qəsəbəsinin Cəbəl Salman bölgəsində də İsrail ordusu reyd keçirib.
Qeyd edək ki, İsrail ordusu ötən həftədən etibarən İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyatlara başlayıb. Bu addım Nablus yaxınlığında baş verən silahlı insidentdən sonra atılıb. Həmin hadisə zamanı dörd fələstinli və iki İsrail əsgəri həlak olmuşdu.
Aytac,
Sitat.info