ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən "Bite of Seattle" yemək festivalında baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində, Space Needle müşahidə qülləsinin yaxınlığında baş verib.
Sietl Yanğınsöndürmə Departamentinin məlumatına görə, yaralılardan birinin vəziyyəti ağırdır. Onlar qol, qarın və ayaq nahiyələrindən aldıqları xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisədən sonra ərazi polis tərəfindən mühasirəyə alınıb, festival iştirakçıları təxliyə edilib. Hücum edən şəxsin saxlanılıb-saxlanılmadığı hələ açıqlanmayıb.
Qeyd edək ki, 1982-ci ildən keçirilən və üç gün davam edən "Bite of Seattle" festivalına hər il təxminən 350 min nəfər qatılır.
Nigar,
Sitat.info