ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünə nikbin yanaşır.
Sitat.info xəbər verir ki, bu barədə The Wall Street Journal Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp və komandası münaqişənin başa çatdırılması üçün konstruktiv rol oynamağa, həm Rusiya, həm də Ukrayna ilə dialoq aparmağa hazırdır. Bildirilir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə də münaqişənin sona çatmasını istədiyini çatdırıb.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Alyaska sammitində Ukrayna ilə bağlı əldə olunan razılaşmalara yanaşmanın dəyişdiyini, lakin Rusiyanın qarşıya qoyduğu məqsədlərə hər halda nail olacağını bəyan etmişdi.
Nigar,
Sitat.info