İran və Oman Hörmüz boğazından keçid haqqını birlikdə müəyyən edəcək

09:40 28 İyul 2026

İranın Moskvadakı səfiri Kazem Calali bildirib ki, İran və Oman Hörmüz boğazından keçən Qərb ölkələrinə məxsus gəmilər üçün tətbiq olunacaq keçid haqqı ilə bağlı danışıqlar aparır.

Sitat.info xəbər verir ki, səfirin sözlərinə görə, iki ölkə boğazın təhlükəsizliyi və gəmilərin keçid qaydaları ilə bağlı qərarları birgə qəbul edir.

O qeyd edib ki, keçidlə bağlı göstərilən xidmətlərin dəyəri və ödəniş məbləği hazırda müzakirə olunur və yekun qərar gələcəkdə açıqlanacaq.

Kazem Cəlali daha əvvəl TASS-a açıqlamasında Rusiyaya məxsus gəmilər üçün Hörmüz boğazında xüsusi keçid rejiminin qüvvədə saxlanılacağını da bildirmişdi.

 Nigar,

Sitat.info

 

 



Xəbər xətti