Çində iki güclü zəlzələ baş verdi

11:32 28 İyul 2026

Çinin şimal-qərbində yerləşən Çinqey əyalətində 5,7 və 5,8 bal gücündə iki zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Çinqey əyalətinin paytaxtı Xininqdən təxminən 244 kilometr məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində ölən, yaralanan və ya hər hansı maddi ziyanla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.



Xəbər xətti