Yaponiyada 7,1 bal gücündə zəlzələ: sunami xəbərdarlığı edildi

12:11 28 İyul 2026

Yaponiyanın Kyusyu adasındakı Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, güclü zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib. Sakinlərə sahilboyu ərazilərdən uzaq durmaq və yüksək yerlərə təxliyə olunmaq tövsiyə edilib.

Hadisədən sonra Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında təcili zəlzələ xəbərdarlığı yayımlanıb.

Səlahiyyətli qurumlar bölgədə güclü afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edərək, əhalini rəsmi məlumatları izləməyə və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar.



Xəbər xətti