İranın nüvə fəaliyyəti barədə bütün məlumatlara sahibik - Tramp

19:33 28 İyul 2026

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı bütün məlumatlara malik olduqlarını bildirib.

Sitat.info TASS-a istindən xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

O, İsrailin Baş naziri Benyamin Netanyahunun İranın nüvə fəaliyyəti ilə bağlı açıqlamalar verməsinə ehtiyac olmadığını deyib.

"Netanyahunun bunu dünyaya elan etməsinə ehtiyac yoxdur. O, mənim prosesdə qalmağımı istəyir. Biz İranın nüvə fəaliyyəti ilə bağlı baş verənləri dəqiq bilirik. Dünyanın ən güclü müşahidə vasitələri bizdədir və vəziyyəti tam nəzarətdə saxlayırıq", – deyə Tramp bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti