Gürcüstanın mədəniyyət naziri istefa verib

20:22 28 İyul 2026

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.

Sitat.info Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyinin məlumatında bildirilib.

İstefanın səbəbi kimi sağlamlıq vəziyyəti göstərilib.

"Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri postundan istefa vermək qərarına gəldim. Sağlamlıq vəziyyətimlə əlaqədar mənə təcili müalicə kursu lazım olacaq ki, bu da vəzifələrimi lazımi şəkildə icra etməyimə imkan verməyəcək", – məlumatda qeyd edilib.



Xəbər xətti