Fransa dəhşətli istilərə hazırlaşır: Meşə yanğınları yenidən alovlandı

10:11 29 İyul 2026

Fransanın cənub-qərbində yerləşən Jirond bölgəsində günlərdir davam edən meşə yanğınları havanın yenidən isinməsi ilə yeni ərazilərə yayılıb.

Sitat.info xəbər verir ki, bölgədə temperaturun 40 dərəcəyə çatacağı gözlənilir və 2 min yanğınsöndürən alovun qarşısını almaq üçün mübarizə aparır.

Son bir həftədə yanğınlar səbəbindən 70 mindən çox insan təxliyə edilib. Ölkə üzrə son dövrdə təxliyə olunanların sayı isə 220 mini ötüb. İspaniya və Portuqaliyada da meşə yanğınları ilə mübarizə davam edir.

Yanğınlar Bordo şəhərinə 15 kilometrədək yaxınlaşsa da, şəhər üçün birbaşa təhlükə yoxdur. Bununla belə, tüstü və kül hava keyfiyyətini kəskin pisləşdirib, çoxsaylı restoran və müəssisələrin fəaliyyətini dayandırmasına səbəb olub.

Fransa polisi isə Var bölgəsində yanğın törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb. Həmin şəxs 15 ilədək həbs cəzası ilə üzləşə bilər. İyulun 6-dan bəri yanğınlarla əlaqədar ümumilikdə 184 nəfər saxlanılıb.

Nigar,

Sitat.info



Xəbər xətti