İran yaxın həftələrdə Çində istehsal olunan, çiyindən buraxılan hava hücumundan müdafiə (HHM) raket komplekslərinin ilk partiyasını qəbul edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 400-ə qədər buraxıcı qurğunun tədarükü nəzərdə tutulur.
Mənbələrin bildirdiyinə görə, dəyəri 60–70 milyon dollar olan bu müqavilə İranın ABŞ və İsraillə müharibənin başlamasından sonra qısamənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün həyata keçirdiyi ən böyük addımlardan biridir.
Qeyd olunur ki, müharibə İranın hərbi obyektlərini və strateji infrastrukturunu qorumaq sahəsində mövcud zəifliklərini üzə çıxarıb. Buna görə Tehran hava hücumundan müdafiə sistemlərini təcili şəkildə gücləndirməyə çalışır.
Nigar,
Sitat.info