Rusiyanın hüquq-mühafizə orqanları "Telegram" messencinin yaradıcısı Pavel Durov barəsində rəsmi ittiham irəli sürüblər.
Sitat.info xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Durov "terror fəaliyyətinə yardım etmə və Ukrayna xüsusi xidmət orqanlarına kömək göstərmək" maddəsi ilə təqsirləndirilir.
FTX-nin açıqlamasında iddia olunur ki, "Telegram" administrasiyası Rusiya ərazisində təxribat-terror aktlarının, kütləvi qətllərin və kiberdələduzluq fəaliyyətlərinin hazırlanması və koordinasiyası üçün Ukrayna xüsusi xidmət orqanları, eləcə də terror və ekstremist təşkilatlar tərəfindən fəal istifadə edilən çoxsaylı kanalları silmir.
Bu səbəbdən Pavel Durov barəsində beynəlxalq axtarış proseduru başladılıb.