İran Xəzər dənizində gəmiyə hücumdan sonra Ukrayna limanına zərbə endirməyi düşünüb.
Sitat.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
“İranın Ukraynanı kiçik döyüş başlığı daşıyan ballistik raketlə vura biləcəyi gözlənilirdi. Belə bir hücum simvolik xarakter daşımaq və nisbətən az ziyan vurmaq üçün nəzərdə tutulmuşdu. Hücum zamanı isə Qara dənizdəki Ukrayna limanlarından biri hədəf ola bilərdi. Diplomatik səylər sayəsində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq mümkün olub”, - mənbə bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna XİN rəhbəri Aleksey Sibiqa iranlı həmkarı Abbas Arakçıya zəng edib