Yaponiyada 7,1 ballıq zəlzələdə ölənlərin sayı 28-ə çatıb.

09:48 30 İyul 2026

Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 28-ə çatıb.

Sitat.info xəbər verir ki, hazırda axtarış-xilasetmə işləri davam edir. Rəsmi məlumata görə, 10 min nəfər təxliyə mərkəzlərində yerləşdirilib, 23 min ev elektriksiz, 75 min ev isə susuz qalıb.

Zəlzələ yolların, körpülərin dağılmasına və yanğınlara səbəb olub. Hakimiyyət təbii fəlakətin yerli iqtisadiyyata təsirini qiymətləndirməyə davam edir.

Aytac,

Sitat.info



Xəbər xətti