Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində azı 8 nəfər ölüb.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, hücumlar Kiyev, Lvov və digər bölgələri əhatə edib. Polşa təhlükəsizliyi təmin etmək üçün qırıcı təyyarələrini havaya qaldırıb.
Krivoy Roqda raket hücumu nəticəsində 6 nəfər, o cümlədən uşaqlar ölüb, Lvovda isə iki yaşayış binası zədələnib və 26 nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfərindən sonra bildirib ki, Donald Tramp Ukraynaya Patriot raketləri üçün icazə verilməsini dəstəkləyib.
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi obyektlərin vurulduğunu açıqlayıb. Eyni zamanda Ukraynanın dron hücumları nəticəsində Rusiyanın iri onlayn ticarət şirkəti Wildberries-in bəzi anbarlarında yanğınlar baş verib.
Müharibə başlayandan bəri hər iki tərəf mülki şəxsləri hədəf almadığını bildirir.
Seymur,
Sitat.info