Ukrayna dronları Rusiyanın Kerç boğazında, Qara dənizlə Azov dənizini birləşdirən Taman limanındakı böyük taxıl ixrac terminalına hücum edib və “əhəmiyyətli ziyan” vurub.
Sitat.info xəbər verir ki, bu barədə kənd təsərrüfatı bazarındakı mənbə Reuters agentliyinə bildirib.
Terminal Rusiyanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan Demetra tərəfindən idarə olunur və 5 milyon metrik ton tutuma malikdir. Demetra açıqlama verməkdən imtina edib.
Əvvəllər Rusiyanın taxıl ixracının dörddə birinə qədərinin daşındığı Azov dənizi və Kerç boğazında gəmiçilik iyulun 10-dan etibarən dron hücumları səbəbindən dayandırılıb.
Nigar,
Sitat.info